bugün yeddin oldu / bahtiyar vahapzade

Anasayfa  \  Forumlar  \  Okuma  \  bugün yeddin oldu / bahtiyar vahapzade
 
azeri halk şairi bahtiyar vahabzade nin 1963 yılında, kaybettiği annesinin anısına yazdığı şiir. şimdi allah (c.c.) ikisine de rahmet eylesin.
geçen gün kral fm de bedirhan gökçe nin okumasıyla haberdar olmuştum.
kaybettiğimiz annelerimize dua, hayatta olanlara kıymet vesilesiyle paylaşıyorum.
rabbim ömrümden alıp ömrüne katsın..

nə tez əllərini üzdün dünyadan,
balanı tək qoyub hara getdin sən?
necə yox olurmuş bir anda insan,
elə bil dünyada heç yox imişsən.

günəş qürub etdi... otaq qaraldı,
bir anda yox oldun sən xəyal kimi.
indi düşünürəm: səndən nə qaldı,
könlümdə xatirən qara xal kimi.

məni boya-başa yetirdin, ana
bizə borclu bildik hər zaman səni.
sən məni dünyaya gətirdin, ana,
mənsə yola saldım dünyadan səni.

sən mənə beşikdə laylay çalmısan
bu gün laylay çalım sənə məndəmi?
sənin şirin-şirin laylalarmı
mən sənə qaytarım cənazəndəmi?

"yuxun şirin olsun" - deyərdin mənə,
"yuxun şirin olsun" - deyimmi sənə?
gərək mən başına dönəm-dolanım,
məni həyat üçün yatıran anam,
söylə ölümçün
necə yatırım
səni mən bu gün?

bu necə dünyadır, anlamıram mən,
cilvəsi cürbəcür, rəngi cürbəcür
dünən nəfəsiylə səni isidən
bu gün buza dönüb, daşa dönübdür.

bu necə dünyadır,
insan oğlunun
xəyalı göydədir, özü yerdədir,
sağ ikən çiynində həyatın yükü,
öləndə cəsədi çiyinlərdədir...
bu necə dünyadır, bu necə dünya,
ölümü həqiqət, həyatı röya.

dərdimin, qəmimin səndin ortağı, .
niyə üz döndərdin, bəs niyə məndən?
"dərdin mənə gəlsin!" - deyərdin axı,
niyə dərd caladın dərdimə bəs sən?..

anam, heçkəs səni incitməmişdir,
mən səni,
mən səni incidən qədər.
indi kimə açım dərdimi bir-bir,
kim mənim dərdimə yanar sən qədər?

evin hər küncündə görünür yerin.
gözüm axtarcıdır, ana, ay ana,
"nənəm hanı?" - deyir körpə azərin,
mən nə cavab verim, ona, ay ana?
bilmirəm, bilmirəm bu ölüm nədir, həyat var ikən?
nəfəsin, ay anam, hələ evdədir,
özün yer altında daşa dönmüsən.

bu gün yeddin oldu...
anam, yeddi gün,
bizimlə bərabər ağlar otaqlar.
sənə,
yalnız sənə,
sənə deməkçün
könlümdə nə qədər mənim sözüm var.

"kimləri çağıraq bu gün yeddiyə?"
xalalar, bacılar soruşur məndən.
anamdan soruşaq, o bilər deyə,
sənin otağına üz tuturam mən.

anam, tapşırıldın ana torpağa,
bu ölüm, sinəmə çəkdi dağ mənim.
sən mənim arxamda bənzərdin dağa,
elə bil arxamdan uçdu dağ mənim.

qızımın adıdır sənin öz adın.
bu da göz dağıdır mənə bu gün də.
son dəfə sən mənə baxıb ağladın,
surətim məzara getdi gözündə...

ömrü başa vurdun altmış yaşında.
altmışın üstündə durub yaşın da.
artıq sənin üçün dayanan zaman
mənimçün dolanır...
gün olur axşam.
vaxt keçir, sən məndən uzaqlaşırsan,
mən sənə günbəgün yaxmlaşıram...

dinlemek isteyenler için bir de link veriyim, http://tinyurl.com/zekogtk  

Emreciksin

24 Mar 2016 05:24

Mesaj Gönder

çok güzel okumuş şiiri
tamamını dinleyemedim kalbim sıkıldı

allah'tan gelene katlaniyoruz elimizden birsey gelmiyor. sadece dua
ben de çok dua ettim ömrümden al anneme ver diye ama kimin vadesi dolduysa gidiyor
annesi hayatta olanlar kıymet bilin
tüm olmuslerimize allah rahmet eylesin  

M A B E L

24 Mar 2016 13:16

Mesaj Gönder